“Port Baku”da yaşayış binasında yanğın baş verib – VİDEO
Bakının mərkəzində, “Port Baku” yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin və yaşayış binasının texniki heyətinin operativ müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bakının mərkəzində yerləşən “Port Baku” yaşayış kompleksində güclü yanğın başlayıb.
yanğın binanın yuxarı mərtəbələrində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Yanğının başvermə səbəbi, eləcə də xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating