Cenubtv.az xəbər verir ki, Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda ölkələr arasındakı münasibətlərin möhkəm siyasi dialoq və strateji tərəfdaşlıq üzərində qurulduğu vurğulanıb.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu görüşdə iki yüzdən artıq şirkətin təmsilçisi təmsil olunur.

Nazirin sözlərinə görə, geniş tərkibdə nümayəndə heyətlərinin qatılması ölkələr arasındakı iqtisadi əməkdaşlığa böyük marağın göstəricisidir.

O həmçinin xatırladıb ki, dövlətlərimiz arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə əvvəlki illərdə strateji tərəfdaşlıq haqqında mühüm bəyannamələr qəbul edilib.