Cenubtv.az xəbər verir ki, Niderlandın Haaqa Rayon Məhkəməsi Çinin elektromobil nəhəngi BYD-nin Ti7 SUV modelinin Land Rover Defender-in qeydiyyatdan keçmiş dizayn hüquqlarını pozduğunu müəyyənləşdirib.
Buna əsasən, məhkəmə sözügedən avtomobilin Avropa İttifaqı ölkələrində idxalını, istehsalını, satışını və tədarükünü qadağan edib.
Jaguar Land Rover şirkəti Ti7 modelinin Defender-in xarici görünüşünü təqlid etdiyini iddia edərək hüquqi mü müstəvidə mübarizəyə başlayıb. Hakim yan kəsiklər, düz dam xətti və digər elementlərdəki oxşarlıqların istehlakçılarda eyni təəssürat yaratdığını bildirib.
Qərar qüvvəyə mindikdən sonra tələblərə əməl olunmasa, hər pozuntuya görə külli miqdarda cərimələr tətbiq edilə bilər. BYD isə qərardan apelyasiya şikayəti verəcəyini və modelin tamamilə müstəqil dizayna malik olduğunu bəyan edib.





