Cenubtv.az xəbər verir ki, ötən gün İran tərəfindən Bəhreyn istiqamətinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.

Krallığın Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamaya görə, xəsarət alanlardan biri əlilliyi olan Bəhreyn sakinidir və onun vəziyyəti stabildir.

Digər yaralanan şəxs isə ölkədə yaşayan Pakistan vətəndaşıdır və onun vəziyyətinin kritik olduğu bildirilir, hər iki yaralı xəstəxanada müalicə alır.

Qeyd edək ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreynin Ər-Rifa və Avali şəhərlərində yerləşən Amerika bazalarını hədəf aldıqlarını iddia etmişdi, lakin nazirlik zərbənin mülki sənaye obyektinə dəydiyini və yanğına səbəb olduğunu təsdiqləyib.