Cenubtv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Dövlət başçısı qonağın daha əvvəl senator qismində ölkəyə səfərini xatırlayıb və onu yeni vəzifəsi münasibətilə təbrik edib.

Görüşdə 2026-cı ilin ikitərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyev ABŞ-nin Vitse-prezidentinin ölkəmizə səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığını diqqətə çatdırıb.

Söhbət zamanı regionda sülhün qorunmasında və əlaqələrin inkişafında ABŞ Prezidentinin rolu yüksək qiymətləndirilib. Amerikalı nazir isə Azərbaycan və Ermənistan arasındakı sülh nailiyyətlərinə görə təbriklərini çatdırıb.

Tərəflər TRIPP layihəsinin əhəmiyyətini qeyd edərək bu dəhlizin regional bağlantılara və iqtisadi-ticari əlaqələrə töhfə verəcəyini bildiriblər. Sonda ölkələrimiz arasındakı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.