Cenubtv.az xəbər verir ki, Qəzzada humanitar yardım paylayan nəqliyyat vasitəsinə İsrail ordusunun endirdiyi zərbə qurbanlarla nəticələnib.
Hadisə nəticəsində "World Central Kitchen" xeyriyyə təşkilatı üçün sənədlər və ərzaq məhsulları daşıyan avtomobildə olan üç nəfər həlak olub.
Yerli Səhiyyə Nazirliyinin və hadisə şahidlərinin verdiyi məlumatlara əsasən, həyatını itirənlərin hamısı fələstinlidir.





