Cenubtv.az xəbər verir ki, İtaliyanın keçmiş polis rəisi Canni De Cennaro 78 yaşında dünyasını dəyişib. Onun meyiti şənbə günü səhər saatlarında Toskanadakı bağ evində tapılıb.
Hadisə hakim Paolo Borsellinonun 1992-ci ildə Siciliya mafiyası tərəfindən qətlə yetirilməsi işi üzrə istintaqa mane olmaqda şübhəli bilinməsi fonunda baş verib. Yaxınları onunla əlaqə yarada bilmədikdən sonra hüquq-mühafizə qurumlarına məlumat veriblər.
Qrosseto prokurorluğu intihara sövq etmə maddəsi ilə cinayət işi başlasa da, hələlik şübhəli şəxs müəyyənləşməyib. İstintaq materiallarına əsasən, sabiq rəis həqiqətlərin üzə çıxarılmasına mane olmaq cəhdlərində ittiham olunurdu.
Prokurorluğun ev dustaqlığı tələbi məhkəmə tərəfindən rədd edilmişdi və qərardan verilən şikayətə dekabrın 1-də baxılmalı idi. Mediada yayılan məlumatlara görə, hadisə yerindən vida məktubları və müdafiə sənədləri tapılıb.





