Cenubtv.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası ölkələrin uzanan müzakirələrdə ortaq məxrəcə gələ bilməməsindən sonra axşam saatlarında yekunlaşıb.
Müzakirələr zamanı "Antalya Paktı" qəbul edilməyib və sədrlik tərəfindən yayımlanan son sənəd layihəsinə Avropa İttifaqı, Norveç, Panama və Marşall adaları daxil olmaqla bir sıra dövlətlər etiraz ediblər.
Tədbirin yekunlaşdığını elan edən COP31-in prezidenti Murat Kurum fasiləsiz olaraq birlikdə çalışdıqlarını və toplantıdan daha güclü nəticə əldə etməyi hədəflədiklərini vurğulayıb.
BMT-nin Baş katibi Antonio Quterreş konfransın əhatəli nəticə əldə olunmadan başa çatmasından dərindən məyus olduğunu dilə gətirib.
O, danışıqlar masasında ortaq məxrəc tapılmasa da, elmi həqiqətlərin dəyişmədiyini diqqətə çatdırıb və varlı ölkələri maliyyələşdirmə öhdəliklərini yerinə yetirməyə çağırıb.





