Cenubtv.az xəbər verir ki, cari ilin ilk on ayında Azərbaycanda 317,3 min ton metil spirit istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, göstərilən rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz azdır.
Bundan əlavə, noyabr ayının ilk gününə olan vəziyyətə görə ölkədə 36,6 min ton hazır məhsul ehtiyatı qeydə alınıb.
Xatırladaq ki, sözügedən məhsul paytaxtın Qaradağ rayonunda yerləşən SOCAR Metanol Zavodunda istehsal edilir və müəssisə ildə 650-700 min ton istehsal gücünə malikdir.





