Cenubtv.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu bu günə qədər İtaliya iqtisadiyyatına 2,8 milyard ABŞ dolları həcmində sərmayə yönəldib.

Bunu qurumun icraçı direktorunun müavini Rövşən Cavadov Bakıda təşkil olunan Azərbaycan–İtaliya Biznes Forumundakı çıxışı zamanı diqqətə çatdırıb.

Onun sözlərinə görə, həmin vəsait ümumi investisiya portfelinin təxminən dörd faizini təşkil edir və İtaliya bu göstərici ilə ilk dördlükdə yer alır.

Rövşən Cavadov həmçinin əlavə edib ki, Azərbaycan tərəfi İtaliyanın suveren fondu olan "CDP Equity" ilə də tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.