Cenubtv.az xəbər verir ki, Ukraynanın Kiyev vilayətinin Dımer qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasına Rusiya tərəfindən zərbə endirilib.

Noyabrın 22-si səhər saatlarında baş verən pilotsuz uçuş aparatının hücumu nəticəsində binanın girişlərindən biri tamamilə dağılıb və güclü yanğın qeydə alınıb.

Fövqəladə hallar xidmətinin əməkdaşları ərazidə axtarış-xilasetmə işlərini davam etdirərək dağıntıları təmizləyirlər.

Qeyd edək ki, hadisə yerindən daha əvvəl təxminən 14 saat dağıntılar altında qalan 7 yaşlı azyaşlı oğlan sağ olaraq xilas edilmişdi.