Cenubtv.az xəbər verir ki, ABŞ Prezidenti Donald İranın son bir həftə ərzində əvvəlki analoji dövrlərlə müqayisədə daha çox raket və pilotsuz uçuş aparatı işə saldığını açıqlayıb.

Dövlət başçısı bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edərək bütün hədəflərin havada zərərsizləşdirildiyini və heç bir dağıntının qeydə alınmadığını vurğulayıb.

O, Tehranın bu fəallığını ölkədə keçirilən aralıq seçkilərdə demokratların qələbə qazanması ilə əlaqələndirib və rəqiblərinə qarşı sərt tənqidlər səsləndirib.

Xatırladaq ki, noyabrın 3-də baş tutan seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında üstünlük əldə edib.