Cenubtv.az xəbər verir ki, Birləşmiş Ştatlar rəsmiləri Rusiyanın Şimali Atlantika Alyansının onunla hərbi qarşıdurma məqsədi güdmədiyinə tam əmin olması üçün səy göstərirlər.
Bu barədə ABŞ liderinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, əsas məqsəd elə bir gələcək qurmaqdır ki, orada Ukraynanın təhlükəsizliyi təmin olunsun, Avropa güclənsin və tərəflər bir-birinin hüquqlarına hörmət etsin.





