Cenubtv.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası hegemonluq və ya işğalçılıq siyasəti izləmir, əksinə suveren hüquqlarına hörmət duyan bütün ölkələrlə dostluq əlaqələri qurmağa can atır.

Bu barədə Şimali Koreya lideri Kim Çen In on ölkənin səfirlərinin etimadnamələrini qəbul etdiyi mərasimdəki nitqi zamanı danışıb.

O qeyd edib ki, Pxenyanın xarici siyasət kursunun təməl dəyərləri sülh, tərəqqi və rifahdan ibarətdir, güc tətbiqi ilə məcburetmə isə ölkənin prinsiplərinə tamamilə ziddir.

Kim Çen In qarşılıqlı hörmət, bərabərhüquqluluq və faydalı əməkdaşlıq şərtlərini dəyərləndirən dövlətlərlə əlaqələri gücləndirmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Dövlət başçısı əlavə edib ki, beynəlxalq aləmdə qeyri-sabitliyin hökm sürdüyü indiki dövrdə əsas məqsəd ölkənin təhlükəsizliyini və inkişaf hüququnu qorumaqdır.