Cenubtv.az xəbər verir ki, İspaniya La Liqasının XV tur çərçivəsində baş tutan qarşılaşmada "Barselona" öz meydanında "Vilyarreal" ilə üz-üzə gəlib və 3:2 hesablı çətin qələbəyə sevinib.

Matçın ilk dəqiqələrindən aktiv olan qonaqlar üstünlüyü ələ alıblar ki, 5-ci dəqiqədə Tayron Byukenan hesabı açıb, iki dəqiqə sonra isə Tani Oluvaseyi fərqi artırıb.

Kataloniyalılar 23-cü dəqiqədə Lamin Yamalla penaltidən yararlana bilməsələr də, fasilədən sonra oyundakı dönüşü təmin ediblər.

Jerar Martin 57-ci dəqiqədə hesabı 1:2 edib, Fermin Lopes 61-ci dəqiqədə tarazlığı bərpa edib, 67-ci dəqiqədə isə Pau Navarronun avtoqolu meydan sahiblərini irəli çıxarıb.

Oyunun son dəqiqələrində ikinci sarı vərəqəsini alan Pau Navarro qırmızı vərəqə ilə meydançadan qovulub və bu nəticə ilə xallarını 36-ya yüksəldən "Barselona" liderliyini qoruyub, "Vilyarreal" жа 15 xalla 9-cu yerdə qalıb.