Cenubtv.az xəbər verir ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya futbol çempionatında baş məşqçi kimi qazandığı qələbələrin sayına görə yeni rekordun sahibi olub.

Tarixi nailiyyət La Liqanın XIII turunda səfərdə "Xetafe" üzərində qazanılan 3:0 hesablı qələbə zamanı rəsmiləşib.

Bu uğur argentinalı mütəxəssis üçün İspaniya çempionatındakı 345-ci zəfər kimi tarixə düşüb.

Qeyd edək ki, əvvəlki rekord 344 qələbə ilə Luis Araqonesə məxsus idi və Simeone bu nəticəni daha az matçda əldə edib.