Cenubtv.az xəbər verir ki, Qax rayonunda kənd təsərrüfatı və emal sahələrinin inkişafına yönələn yeni investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Rayon rəhbərliyi və rəsmi qurumların nümayəndələri “Tam-Aqro” MMC-nin dəyəri üç milyon manat olan toxum emalı zavodunda olub, tikinti və quraşdırma işlərini izləyiblər.

Həmçinin “Azərşəkər” MMC tərəfindən 2100 hektar ərazidə 20 milyon manatlıq dəyərlə reallaşdırılacaq genişmiqyaslı suvarma layihəsinin sahəsinə baxış keçirilib.

Səfər çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, dövlətin güzəştli mexanizmlərindən faydalanmağın vacibliyi vurğulanıb və rayon icra hakimiyyətində işgüzar müşavirə təşkil olunub.