Cenubtv.az xəbər verir ki, Meksikada fəaliyyət göstərən narkokartellər ölkədəki mikromaliyyə təşkilatlarına nəzarəti öz əllərinə keçirməyə başlayıblar.

Amerikanın tanınmış mətbu orqanı yazır ki, bu addım cinayətkar qrupların narkotik ticarətindən asılılıq səviyyəsini azaltmaq istəyi ilə əlaqədardır.

Əsas hədəf qismində isə bank xidmətlərindən yararlana bilməyən, əsasən aşağı təbəqəyə aid kiçik sahibkarlara üç yüz dollardan üç min beş yüz dollaradək kredit ayıran qurumlar seçilib.

Məlumata əsasən, kartellər həmin maliyyə qurumlarını ələ keçirərkən rəhbər şəxslərdən ərazini dərhal tərk etməyi tələb edir və idarəçiliyi zorla öz üzərinə götürürlər.

Bundan sonra qruplaşmalar tərəfindən həddindən artıq yüksək faizlər tətbiq olunur, tabe olmaq istəməyən əməkdaşlar isə oğurluq, fiziki zorakılıq və hədə-qorxularla üzləşirlər.