Cenubtv.az xəbər verir ki, Xaçmaz rayonunda iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır qəza qeydə alınıb və nəticədə yeddi nəfər yaralanıb.

Hadisə axşam saatlarında Xaçmaz-Quba magistralının Armudpadar kəndi ərazisinə düşən hissəsində qeydə alınıb.

“QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması zərbənin gücündən sonuncu maşındakı sürücünün və altı sərnişinin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnib.

Məlumata əsasən, xəsarət alan şəxslər Əbilyataq kənd sakinləridir və onların arasında bir ailənin üzvləri – ata, ana, eləcə də dörd qız övladı var.

Bütün yaralılar təcili olaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin bildirdiyinə görə, onlardan birinin vəziyyəti ağırdır.