Cenubtv.az xəbər verir ki, Qazax rayonu ərazisində kəskin alətlə törədilən cinayət hadisəsi baş verib.

Rayon sakinləri olan 1996-cı il təvəllüdlü N.Mustafayev və C.Kazımov müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıblar.

Zərərçəkənlərə dərhal zəruri tibbi yardımlar göstərilib və həkimlər onların vəziyyətini normal qiymətləndirirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin xəsarətləri yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev yaxalanaraq istintaqa təhvil verilib.