“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Avropanın ən mötəbər klub turniri olan UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, təmsilçimiz Uelsin TNS klubu ilə qarşılaşacaq.
“Sabah” ilk oyunu doğma meydanda keçirəcək.
Avropanın ən mötəbər klub turniri olan UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq “Sabah”ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Oxu.Az xəbər verir ki, qitə miqyaslı yarışda iştirak edəcək Bakı təmsilçisinin qarşılaşa biləcəyi klubların sayı yeddiyə qədər enib.
Siyahıda yer alan həmin komandalar: İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın “KuPS”, Cəbəllütariqin “Linkoln”, Latviyanın “Riqa”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larne” və Uelsin TNS klublarıdır.
Misli Premyer Liqasının qalibi olan “Sabah” klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bilinəcək.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Sabah”ın 14 potensial rəqibi:
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
“Vikinqur” (İslandiya)
“Larne” (Şimali İrlandiya)
“KuPS” (Finlandiya)
“Kayrat” (Qazaxıstan)
“Petrokub” (Moldova)
“Flora” (Estoniya)
“Linkoln” (Cəbəllütariq)
“Universitatya” (Rumıniya)
“Klaksvik” (Farer adaları)
“Drita” (Kosovo)
“Borats” (Bosniya və Herseqovina)
“Riqa” (Latviya)
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
İki qadın güləşçimiz dünya çempionatında gümüş medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, altıncı yarış günündə qadın güləşində...
“Qalatasaray”dan yeni transfer: Rəsmən təsdiqlədi – FOTO
Türkiyənin nəhəng futbol klubu olan "Qalatasaray"ın prezidenti Dursun Özbək Moskvanın "Lokomotiv" komandasının yarımmüdafiəçisi Aleksey Batrakovun transferini rəsmən təsdiqləyib. Cenubtv.Az xəbər...
Cəlilabad karateçilərindən Biləsuvardakı turnirdə böyük uğur!
09 avqust 2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karatenin Qocyu-ryu növü üzrə uşaq və yeniyetmələr arasında...
FIFA-ya qadın rəhbərlik edəcək? – Blatter namizədini açıqladı – FOTO
Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter qurumun rəhbəri postuna - Canni İnfantinonun yerinə Norveç nümayəndəsi Liza Klavenessin namizədliyini...
Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi – FOTO
Qollar vurulmur, xallar hesablanmır, turnir cədvəlləri dəyişmir, kuboklar uğrunda mübarizə getmir. Amma futbol dünyasında elə bir dövr var ki, bəzən...
Azərbaycanlı güləşçi dünya çempionatında gümüş medal qazandı – FOTO
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatında 51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov final görüşünə çıxıb. Oxu.Az-ın məlumatına...
Average Rating