Bakıda söküntü qalmaqalı: Tikinti şirkətinə qarşı cinayət işi açılıb – VİDEO

Read Time:1 Minute, 7 Second

Vətəndaş Tahir Xudiyev Baku TV-yə açıqlamasında iddia edib ki, 2016-cı ildə ona məxsus əmlak sökülərkən yerində tikiləcək yeni yaşayış binasından mənzil, ofis və parklanma yeri veriləcəyi vəd olunsa da, bu öhdəliklər yerinə yetirilmir.

T.Xudiyev məsələ ilə bağlı deyib:

 

 

“2016-cı ildə bizimlə görüşdülər və ərazidəki tikilinin söküləcəyini dedilər. Bunun bir dövlət layihəsi olduğunu bildirərək bizimlə müqavilə imzaladılar. Müqaviləyə əsasən, dövlətin pilot layihəsi olduğu üçün biz iki ildən sonra həmin binaya köçməli idik”.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2016-cı ildə pilot layihə çərçivəsində “Vesta Construction” MMC tərəfindən müvafiq icazəverici sənədlər əsasında Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində, 2535-ci məhəllədə çoxmənzilli yaşayış binalarının inşasına başlanılıb və vətəndaşlarla fərdi qaydada, qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanıb. Lakin şirkət ötən müddət ərzində öhdəliklərini yerinə yetirməyib.

Sözügedən məsələ ilə bağlı qeyd edilib ki, MMC və Tahir Xudiyev arasında notarial qaydada razılaşma əldə olunub. Dəfələrlə vətəndaş və şirkət rəhbərliyi ilə məsələnin həlli istiqamətində görüşlər keçirilsə də, heç bir nəticə əldə olunmayıb.

Vətəndaşa tikinti şirkəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı məhkəmə orqanına müraciət etmək hüququnun olduğu dəfələrlə izah olunsa da bu addımı atmayıb.

“Vesta Construction” MMC-nin tikinti işlərini tamamlamaması və yol verdiyi digər qanunsuzluq faktları ilə bağlı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaq hələ də davam edir. Nizami Rayon İcra Hakimiyyəti həmçinin məsələnin nəzarətdə saxlanıldığını vurğulayıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post İlkin İsmayılov vəzifəsindən azad edildi
Next post Əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq pul tələb edən şəxs SAXLANILDI – VİDEO
סילוור פוקס | silver fox. bari private and luxury. 男子.