Cenubtv.az xəbər verir ki, ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstandakı hərbi obyektləri İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moxtadaei yerli mətbuata açıqlama verib.

O qeyd edib ki, Avropadakı həmin bazalar Tehran üçün Bəhreyndəki Amerika obyektləri ilə eyni statusdadır və Vaşinqton bu ərazilərdən İrana qarşı istifadə edərsə, cavabsız qalmayacaq.

Deputatın sözlərinə görə, əvvəllər Avropa dövlətləri buna icazə verməyəcəklərini desəl də, sonradan ABŞ onlarla bu istiqamətdə danışıqlara başlayıb.