Cenubtv.az xəbər verir ki, Rusiya tərəfi Baltikyanı ölkələrin Kiyev rejiminə təsir göstərərək onun Baltik dənizindəki gəmilərə qarşı terror hücumlarının qarşısını alacağını gözləyir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fin körfəzinin neytral sularında yerləşən "Sparta II" yük gəmisinə edilən hücumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Baltik dənizində terrorçu fəaliyyətin aktivləşməsi olduqca təhlükəli ssenaridir və regionda vəziyyətin gərginləşməsinə səbəb olur.

Xatırladaq ki, noyabrın 21-də həyata keçirilən hücum zamanı pilotsuz uçuş aparatları sözügedən yük gəmisini hədəfə alıb, ekipaj üzvləri isə təxliyə edilib və itki qeydə alınmayıb.