Cenubtv.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında qurumun yeni inkişaf strategiyası, sığorta sektorunda risk əsaslı tənzimləmənin təkmilləşdirilməsi və sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, qurumun sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirib.
Görüş zamanı cari ilin doqquz ayı üzrə sığorta sektorunun fəaliyyət nəticələri, qlobal makroiqtisadi trendlər, mövcud çağırışlar və inkişaf perspektivləri, eləcə də qarşıda duran strateji prioritetlər müzakirə olunub.





