“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad şəhərində növbəti “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib

Read Time:51 Second

Cənubtv.Az xəbər verir ki, 24 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Cəlilabad rayonunda idman zonası istifadəyə verilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və idmançılar iştirak ediblər.
Cəlilabad şəhəri də daxil olmaqla, müxtəlif bölgələrdə qurulan bu idman zonaları yerli sakinlərin açıq havada idmanla məşğul olmasına şərait yaradır. Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb.
Yeni istifadəyə verilən idman kompleksi rayon sakinlərinin, xüsusilə də yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə geniş imkanlar yaradacaq. Müasir standartlara cavab verən bu layihə regionlarda idmanın kütləviliyinin artırılmasına və sağlam həyat tərzinin təbliğinə xidmət edir.
Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edərək xatirə şəkli çəkdirib.
Məhəllə sakinləri və idmançılar yaradılan şəraitə, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Hərbi xidmətdə yaralandığını deyən Biləsuvar sakini niyə əlillik ala bilmir? – VİDEO
画ニュース. פילדנה סופר אקטיב | fildena super active. ?ை?.