Cenubtv.az xəbər verir ki, İsveçrədə bloklanan Rusiya aktivlərinin ümumi məbləği 8,5 milyard İsveçrə frankına və ya təqribən 10,2 milyard dollara çatıb.
İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin sanksiyalar şöbəsinin rəhbəri Daniel Ebinin açıqlamasına görə, bu rəqəm ötən ilin aprel ayı ilə müqayisədə 15 faiz çoxdur. Sözügedən artım müsadirə edilən aktivlərin sayının çoxalması və qızıl ehtiyatlarının bahalaşması ilə izah olunur.
Bununla bərabər, Rusiya Mərkəzi Bankına aid dondurulmuş vəsaitlərin dəyəri son bir il yarımdadır ki, 9 faiz azalaraq 6,8 milyard franka enib. Mütəxəssislər bu enişin vəsaitlərin azad olunması ilə deyil, onların saxlandığı valyutaların məzənnə itirməsi ilə bağlı olduğunu bildiriblər.
Xatırladaq ki, İsveçrə avqust ayında Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sayca 20-ci sanksiya paketinə qoşulub. Nəticədə ölkə ərazisində ümumilikdə 2790 fiziki və hüquqi şəxsin malik olduğu aktivlər dondurulub.





