Cenubtv.az xəbər verir ki, 'ICE London' qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı 'Brent' markalı neftin 2026-cı ilin yanvar ayı üçün müqaviləsinin dəyəri 1,37 faiz ucuzlaşıb.
Nəticədə sözügedən markalı xam neftin bir barelinin qiyməti 90,15 ABŞ dollarına enib.
Bununla yanaşı, Nyu-Yorkun 'NYMEX' əmtəə birjasında da qiymətlərdə geriləmə müşahidə olunub və 2026-cı ilin yanvar ayında ixrac olunacaq 'WTI' markalı neftin bir barelinin dəyəri 1,58 faiz azalaraq 80,75 ABŞ dollarına bərabər olub.





