Cenubtv.az xəbər verir ki, Yəmənin cənubunda yerləşən Ləhc əyalətində avtomobillərin hədəf alınması nəticəsində azı 23 mülki şəxs həyatını itirib, digər iki nəfər жаrаlаnıb.

Hadisə Vadi-Maabak bölgəsində qeydə alınıb və həlak olanların əksəriyyətinin Taiz istiqamətinə gedən məcburi köçkünlər olduğu açıqlanıb.

Tərəflər baş verən faciəyə görə bir-birini günahlandırır, husilər hücumda Səudiyyə Ərəbistanını ittiham edirlər.

Yerli hakimiyyət orqanları və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin nümayəndələri isə məsuliyyətin husilərin üzərində olduğunu bildiriblər.