Cenubtv.az xəbər verir ki, dəniz piyadaları ilə təchiz olunmuş üç nəhəng desant gəmisindən ibarət ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya-desant birləşməsi Yaxın Şərq bölgəsinə doğru hərəkət edir.
Birləşmiş Ştatların Hərbi Dəniz İnstitutunun yaydığı məlumatlara əsasən, hazırda gəmilər Ərəbistan dənizinə gedən yolda Sinqapurda dayanacaq keçir.
Birlikdə "USS Makin Island" universal desant gəmisi, həmçinin "USS John P. Murtha" və "USS Anchorage" desant-helikopter gəmiləri yer alıb.
Qrupun tərkibində 2,5 min hərbçidən ibarət 13-cü ekspedisiya dəniz piyadaları batalyonu, "F-35B" qırıcıları, vertolyotlar və desant katerləri mövcuddur.





