Cenubtv.az xəbər verir ki, Türkiyədə kibertəhlükəsizlik orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində qumar, dələduzluq və əxlaqsız məzmunlar yayan 407 internet resursuna giriş tamamilə bloklanıb.
Müvafiq Kibertəhlükəsizlik İdarəsinin 16-22 noyabr tarixlərini əhatə edən monitorinqləri çərçivəsində ümumilikdə 793 sosial media hesabı və URL ünvanı dərindən təhlil edilib.
Aparılan yoxlamalar nəticəsində 342 saytda qanunsuz mərc oyunlarının təşkil edildiyi, 5 platformada dələduzluq fəaliyyəti ilə məşğul olunduğu və 60 ünvanda isə qeyri-qanuni intim xarakterli məzmunların yayıldığı müəyyən edilib.
Qeydə alınan qanun pozuntularından sonra idarənin rəsmi qərarı əsasında həmin internet səhifələrinə daxil olmaq qadağan edilib.





