Cenubtv.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Kolumbus şəhərində qeydə alınan yol qəzasında iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
Hadisə şəhərin şimal hissəsində Ohayo Mərkəzi Nəqliyyat İdarəsinə məxsus iki avtobusun və əlavə bir minik avtomobilinin iştirakı ilə baş verib. İlkin ehtimallara görə, nəqliyyat vasitələrindən biri səbəbi hələlik bilinməyən şəkildə qoşa xətti tapdalayaraq qarşıdan gələn avtobusla çırpılıb.
Fəlakət nəticəsində 53 yaşlı Riçard Terri və 60 yaşlı Pol Kouplend adlı sürücülər həyatlarını itiriblər. Onlardan biri hadisə yerində, digəri isə çatdırıldığı tibb müəssisəsində dünyasını dəyişib.
Toqquşan avtobuslarda və digər maşında olan doqquz nəfər xəstəxanaya çatdırılıb. Həkimlər yaralıların vəziyyətini stabil qiymətləndirirlər və onların həyatı üçün təhlükə yoxdur, piyadalar isə zərər çəkməyiblər.





