Cenubtv.az xəbər verir ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozi və həyat yoldaşı Karla Bruni-Sarkozi 2027-ci ilin noyabr-dekabr aylarında şahidləri manipulyasiya etmək və cinayətkar təşkilat yaratmaq ittihamları ilə hakim qarşısına çıxacaqlar.
Parisdəki istintaq hakimləri tərəfindən qəbul edilən qərara əsasən, iş üzrə ümumilikdə 11 nəfərin məhkəməyə verilməsi nəzərdə tutulub. Yeni məhkəmə prosesi əsas şahidlərdən biri olan iş adamı Ziyad Takieddinin ifadəsini dəyişməsi ilə bağlı aparılan araşdırmalar üzərində qurulub.
İstintaq materiallarına görə, Sarkozinin 2007-ci il seçki kampaniyası üçün Liviyadan maliyyə dəstəyi alması ilə bağlı iddialar mövcuddur. Əsas şahid kimi tanınan Takieddin 2020-ci ildə əvvəlki ifadəsindən imtina etmişdi və həmin şəxs ötən ilin sentyabrında Livanda vəfat edib.
Xatırladaq ki, 2013-cü ildən başlanan məşhur Liviya işi çərçivəsində sabiq prezidentə qarşı bir sıra ağır ittihamlar irəli sürülüb. Paris Cinayət Məhkəməsi tərəfindən bəzi maddələr üzrə bəraət verilsə də, cinayətkar təşkilat yaratmaq ittihamı ilə həbs cəzası kəsilmiş və sonradan məhkəmə nəzarəti altında azadlığa buraxılmışdı.





