Cenubtv.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Özbəkistan lideri Şavkat Mirziyoyev tərəfindən Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə ona hədiyyə edilən ənənəvi özbək çardaqlarının Vaşinqtonda quraşdırıldığını açıqlayıb.

Amerika lideri "Truth Social" platformasındakı paylaşımında bu gözəl hədiyyəyə görə Özbəkistan rəhbərinə minnətdarlığını çatdırıb.

Ağ Evin rəhbəri ötən həftə həmin tikililərin açılış mərasiminin keçirildiyi ərazinin üzərindən helikopterlə uçduğunu və çardaqların çox möhtəşəm göründüyünü qeyd edib.

Tramp bildirib ki, özbək ustalar ailələrindən uzaqda qalaraq və çətin hava şəraitinə baxmayaraq, 200 yaşlı dağ qozunun ağacından bu sənət əsərini ərsəyə gətiriblər.

Hədiyyəni şəxsi istifadəsində saxlamayan Ağ Ev rəhbəri onun ictimai istifadəyə verildiyini və gələcəkdə müxtəlif tədbirlər üçün məşhur məkana çevriləcəyinə əminliyini ifadə edib.