Cenubtv.az xəbər verir ki, UEFA Çempionlar Liqasının beşinci turunda İstanbul klubu öz meydanında Aston Villa kollektivini qəbul edib və minimal hesablı qələbə qazanıb.

Komandaya üç xal qazandıran yeganə qolu vuran hücumçu Deniz Gül matç zamanı burun nahiyəsindən zədə alıb.

Oyun əsnasında futbolçuya ilkin tibbi yardım göstərilib və tikiş qoyulub, lakin o, bu gecə əməliyyat ediləcək.

İdmançının gələn həftə Türkiyə Super Liqasında Beşiktaşla keçiriləcək vacib derbidə oynayıb-oynamayacağı əməliyyatdan sonra dəqiqləşəcək.