Cenubtv.az xəbər verir ki, Almaniya Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 22-ci sanksiya paketindən yararlanmaqla Rusiya yığmasının 2027-ci ildə baş tutacaq hokkey üzrə dünya çempionatındakı iştirakına mane ola bilər.

Xatırladaq ki, noyabrın 23-də Avropa Komissiyası rusiyalı idmançıların Aİ məkanındakı yarışlardan kənarlaşdırılmasını və ölkənin rəsmi simvollarının nümayişinə qadağa qoyulmasını təklif edib.

Agentliyin yaydığı məlumata əsasən, bu cür məhdudlaşdırıcı tədbirlər Almaniya tərəfinə rusiyalı idmançılara viza verilməməsi məsələsində əlavə hüquqi əsaslar qazandıra bilər.

Qeyd edək ki, 2027-ci il dünya çempionatı mayın 14-dən 30-dək Almaniyada təşkil olunacaq. İdman Arbitraj Məhkəməsinin oktyabrın 30-da qərarına baxmayaraq, Almaniya rəsmiləri Rusiya millisinin turnirə gəlməsinin qarşısını almaq üçün təzyiqlərini davam etdirəcəklərini bəyan ediblər.