Cenubtv.az xəbər verir ki, Azərbaycan triatlon milli yığmasının üzvü Əli Rzazadə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində baş tutan Aquatlon üzrə Dünya Çempionatında fərqlənməyi bacarıb.

Gənclər kateqoriyasında qüvvəsini sınayan təmsilçimiz məsafəni 33 dəqiqə 23 saniyəyə qət edərək finiş xəttini üçüncü keçib və yarışın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Əli Rzazadə ötən dövrdə də bir sıra beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr əldə edib. O, Misirin Hurqada şəhərində keçirilən Afrika Çempionatında qızıl medal qazanıb, həmçinin İspaniyanın Banyoles şəhərində təşkil olunan Avropa Çempionatında ölkəmizi təmsil edib.

Bununla yanaşı, idmançı Bakıda keçirilən "IRONMAN 70.3 Baku" beynəlxalq yarışı çərçivəsində təşkil olunan "Fun Run" qaçışında da birinci yeri tutub.

Abu-Dabidə qazanılan bu bürünc medal Azərbaycan triatlonunun beynəlxalq arenada növbəti mühüm uğurlarından biri kimi qiymətləndirilir.