Cenubtv.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda rejim dəyişikliyinə güc yolu ilə nail olmaq kimi bir məqsəd güdmədiyini açıqlayıb.

Amerika lideri bu barədə "New York Post" qəzetinə verdiyi müsahibəsində danışıb.

O, əsas istəklərinin İranın nüvə silahına sahib olmasına mane olmaq olduğunu qeyd edərək, rejim dəyişikliyi məsələsinin onun üçün əsas meyar olmadığını vurğulayıb.

İsrailin İranda rejim dəyişikliyinə nail olmaq istəyinə toxunan Ağ Ev rəhbəri bunun baş verə biləcəyini istisna etməyib, lakin özünün belə bir niyyətinin olmadığını diqqətə çatdırıb.