Cenubtv.az xəbər verir ki, ABŞ-nin "SpaceX" şirkəti ölkənin Kosmik Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulan kosmik aparatları daşıyan "Falcon 9" raketini orbitə buraxıb.

Şirkətin "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, raket USSF-317 missiyasının faydalı yükünü müvəffəqiyyətlə kosmosa çıxarıb.

Uçuş noyabrın 20-də axşam saatlarında ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib.

Aparatların dəqiq texniki xüsusiyyətləri və təyinatı hələlik ictimaiyyətə açıqlanmayıb.

"Spaceflight Now" nəşrinin məlumatına görə, orbitə bir neçə peykin yerləşdirildiyi ehtimal olunur, lakin rəsmi qurumlar və "SpaceX" bu xəbəri h hələlik təsdiqləməyiblər.