Cenubtv.az xəbər verir ki, Avropanın "BepiColombo" kosmik aparatı təxminən altı milyard mil məsafə qət edərək səkkiz illik səyahətdən sonra Merkurinin orbitinə daxil olmağı bacarıb.

Avropa Kosmik Agentliyi və Yaponiya Kosmik Agentliyinin birgə həyata keçirdiyi bu layihənin əsas məqsədi Günəş sisteminin ən az öyrənilmiş planetlərindən biri olan Merkurini tədqiq etməkdir.

Alimlər xüsusilə planetin qütb kraterlərində mövcud olan sirli buzları, qeyri-adi səth çökəkliklərini və nəhəng metal nüvəni yaxından araşdırmağı hədəfləyirlər.

Kosmik aparatın göyərtəsində iki fərqli modul mövcuddur və onlar Merkuriyə çatdıqdan bir neçə həftə sonra bir-birindən ayrılaq fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 2018-ci ildə Fransa Qvianasından buraxılan missiya hərəkət sistemində yaranan texniki çətinliklər səbəbindən planlaşdırıldığından bir il gec başa çatıb.