Cenubtv.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio ilə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Yaxın Şərqdə təhlükələrin aradan qaldırılması və regional sabitliyin bərqərar olunması istiqamətində fikir mübadiləsi aparıblar.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata əsasən, tərəflərin görüşü noyabrın 23-də Vaşinqton şəhərində baş tutub.

Danışıqlar zamanı Rubio Qətərin beynəlxalq miqyasdakı vasitəçilik səylərini yüksək dəyərləndirib, eləcə də Yaxın Şərqdə təhlükəsizliyin qorunması məqsədilə sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş çərçivəsində ABŞ və Qətər arasında strateji dialoqun səkkizinci raunduna start verilib və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.