Cenubtv.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədə federal məhkəmələrin hökmü ilə təyin edilmiş ölüm cəzalarının tez birlikdə icra olunması üçün tapşırıq verdiyini açıqlayıb.

Bu barədə Ağ Ev rəhbəri Ədliyyə Nazirliyində təşkil edilən tədbirdəki çıxışı zamanı danışıb.

O, jürinin qərarından sonra cəzanın qaçılmaz və sürətli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Trampın sözlərinə görə, nazirlik uşaq qatillərinə, ağır cinayətlər törədənlərə və insan alveri ilə məşğul olaraq qurbanlarının ölümünə səbəb olan şəxslərə qarşı ölüm hökmünün tətbiqinə nail olmalıdır.