Cenubtv.az xəbər verir ki, Ağdərə və Xocalı rayonlarında yaşayan sakinlər üçün sosial müdafiə tədbirləri və mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici tədbirlər təşkil edilib.

Görüşlər zamanı əhaliyə sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan verilmə müddətləri və digər zəruri məsələlər ətraflı şəkildə izah olunub.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, Çıldıran, Vəngli, Xanabad, Xanyurdu və Badara kəndlərinə köçürülən ailələrə mina təhlükəsi ilə bağlı xüsusi videoçarxlar nümayiş etdirilib.

Dövlət Komitəsinin nümayəndələri tərəfindən vətəndaşlara qanunvericiliyin tələblərini əks etdirən məlumat kitabçaları və broşürlər paylanılıb.