Cenubtv.az xəbər verir ki, Hacıqabul rayonunda Namiq Babayevin ölümünün açıq kanalizasiya quyusuna düşməsi ilə nəticələnməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, həmin rayonda ümumiyyətlə kanalizasiya şəbəkəsi mövcud deyil.
İlkin araşdırmalar göstərib ki, bədbəxt hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi və dərinliyi təxminən 15-20 santimetr olan kiçik su arxında baş verib.
Mərhumun səhhətində problemlərin olduğu bildirilir və hadisənin sağlamlıq durumu ilə əlaqədar müvazinətin itirilməsi nəticəsində baş verdiyi ehtimal edilir.
Qeyd edək ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Namiq Babayevin ölümünün dəqiq səbəbi aparılan araşdırmalar və tibbi ekspertizanın nəticələrindən sonra tam məlum olacaq.





