Cenubtv.az xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətində baş tutan əməliyyat zamanı saxlanılan məmurlarla bağlı istintaq prosesi başa çatıb.

Toplanan materiallar baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub və yaxın günlərdə məhkəmə iclasının başlanması gözlənilir.

Xatırladaq ki, cari ilin aprel ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində İcra Hakimiyyətinin şöbə müdirinin müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılmışdılar.

Həmin şəxslərə, eləcə də Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham elan edilib.

İstintaq dövründə Elçin Mirzəyev və Yaşar Eyvazov haqqında həbs qətimkan tədbiri seçilib, Namiq Səfərovun isə polis nəzarətində olduğu qeyd olunur.