“Peşə təhsilinin stimullaşdırılmasına dəstək” layihəsinin sonuncu təlimi keçirilib.

Read Time:1 Minute, 17 Second

22 noyabr 2022-ci il tarixdə Astara rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsində qalib olan “Biləsuvar Yeniyetmə və Gəncləri” ictimai birliyinin “Peşə təhsilinin stimullaşdırılmasına dəstək” layihəsinin növbəti-sonuncu təlimi keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Rayon Təhsil Sektorunun metodisti Arzu İbrahimova, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Astara nümayəndəliyinin əməkdaşı Emil Məmmədzadə, Astara şəhər 5 saylı tam orta məktəbin direktoru Əhmədova Arzu, layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, layihənin təlimçisi İsmayıl Ağacanlı və 50 məktəbli iştirak edib.

İlk öncə çıxış edən layihə rəhbəri Ü.Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra çıxış edən qonaqlar layihənin gənclərin peşə seçimi və karyera inkişafına müsbət töfhə verəcəyiniz bildirmişdir. Çıxış edən ekspert Ə.Əlifli təlimlərin gənclər üçün maarifləndirmə məqsədilə keçirildiyini bildirmiş və layihənin gedişatına uğurlar arzulayıb.

Çıxışlardan sonra təlimçi İsmayıl Ağacanlı tərəfindən peşə təhsili ilə bağlı düzgün maarifləndirmə, müasir peşə texnologiyaları və STEAM dərsləri mövzularında interaktiv təlimlərə start verilib. Gənclərin karyera inkişafı ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılmışdır.
Təlimlərdən sonra fəallıq göstərən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Bildiririk ki, layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Astara və Salyan rayonlarında) peşə təhsilinə marağın artırılması ilə bu sahədə bacarıqlı gənclərin peşələrə yiyələnməsini təmin etmək, peşə ixtisasına yiyələnmək istəyənləri müasir texnologiyalarla tanış etmək, həmçinin regionlarda savadsızlığın qarşısını almaq və bu yolla işsizliyin azaldılmasına nail olmaqdır.

Bildiririk ki, təlimlər bununla da yekunlaşmışdır.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Balakəndə “İbtidai sinif üzrə müəllim və valideynlərin təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması” layihəsinin təlimləri davam edir
Next post Öldürülən şagirdin oxuduğu məktəbin direktorundan AÇIQLAMA – FOTO
Jaké jsou následky špatné dezinfekce endoskopů ?. Cajas y elementos decorativos. Kaffekursus hos la cabra.