Göygöldə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralananların vəziyyəti açıqlandı
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Cenubtv.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) avqustun 25-də saat 20:50-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 60 yaşlı R.Məmmədovun öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q.Həsənov, 1968-ci il təvəllüdlü G.Həsənova, 1970-ci il təvəllüdlü İ.Əliyeva və 1973-cü il təvəllüdlü Y.Məmmədovadır.
Xəsarət alanlardan Q.Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə...
Salyanda qəbiristanlıqdan meyit tapılıb.
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. Cenubtv.Az Oxu.Az- a istinadən xəbər ki Bakı...
Salyanda qəbiristanlıqdan meyit tapıldı
Salyanda qəbiristanlıqdan meyit tapılıb. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 30 yaşlı Məzahir Etibar oğlu Əliyevin meyiti Salyan şəhəri...
Katexdə növbəti ağır qəza: Ana və oğlu xəsarət aldılar – VİDEO
Balakən rayonunun Katex qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə zamanı Etibar Məmmədovun idarə...
Bakıda gecə klubunda yanğın OLUB – VİDEO
Bakının Nərimanov rayonunda gecə klubundakı yanğın söndürülüb. Bununla bağlı CenubtvAz-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi...
Salyanda avtomobil ananın gözü qarşısında oğlunu vuraraq öldürdü – ANBAAN VİDEO
Avqustun 21-i Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qarabağlı kəndində "Mercedes" markalı avtomobil yolu keçmək...
Average Rating