12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya gəlmişdir. O, 2012-ci ildə Cəfərxanlı kənd ümumi orta məktəbinin 9-cu sinfini, 2014-cü ildə isə Üçtəpə kənd tam orta məktəbi əla qiymətlərlə bitirmişdir. Orxan Paşazadə 2014-cü ildə Naxçıvan Dövlət Universitetinə qəbul olunmuş, həmin ali məktəbi 2019-cu ildə müvəffəqiyyətlə başa vurmuşdu. O, təhsilini bitirdikdən sonra elə həmin ildə də hərbi xidmətə getmiş sərhədçi kimi Vətənimizin keşiyində durmuşdu.
Paşazadə Orxan Nazim oğlu mənfur düşmənimiz olan ermənilərin Qazax rayonunun Quşçu-Ayrım kəndi istiqamətində 2020-ci il mart ayının 5-də törətdiyi növbəti təxribatın qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş, əbədiyyətə qovuşmuşdur. O, ölümündən sonra
Prezidentin müvafiq sərəncamlarına əsasən “Vətən uğurunda”, “Hərbi xidmətdə fərqləndiyinə görə” medalları və “Vətənə xidmət” üçüncü dərəcəli ordeni” ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizi rəhmət etsin!









![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır...
Average Rating