Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”

Read Time:54 Second

“Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək”.

Cenubtv.Az-ın Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbərinə görə, bu sözləri keçmiş deputat Samvel Nikoyan Ermənistan parlamentinin iclasında bir neçə gün öncə baş verən dava ilə bağlı danışarkən bildirib.

İqtidarın sülhlə bağlı təsəvvürlərini tənqid edən və Zəngəzurda baş vermiş hadisəni “təhlükə” olaraq görən Samvel Nikoyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib:

“Əgər İlham Əliyev barmağını tərpətsə, onu buradan təmtəraqla Azərbaycana göndərəcəklər və hələ üstəlik, bunu humanizm də adlandıracaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda doqquzuncu çağırış Milli Məclisin ikinci sessiyasında deputatlar arasında dava düşüb. “Güclü Ermənistan” fraksiyası Şəkidəki insidentin və ordudakı ölümlərin araşdırılması üçün istintaq komissiyasının yaradılmasını təklif edib.

Müzakirə deputatlar arasında qarşılıqlı ittihamlarla müşayiət olunub. Dava səbəbindən iclas bir neçə dəfə dayandırılıb və hətta zala təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olublar.

Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
Next post Doğulan və ölənlərin sayı açıqlandı
Why visual learning improves memory retentionfebruary 3, 2026. Effects Bundle for Creators & Editors Download high-quality video effects bundle with transitions, overlays, presets, and motion graphics for faster, professional video editing.. Safe, precise flights even in near total darkness51 minute flight time : high capacity 95wh battery with aerodynamic efficiency supports extended missions and longer creative sessionsdji o4+ transmission.