Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
“Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək”.
Cenubtv.Az-ın Ermənistanın “Hraparak” nəşrinə istinadən xəbərinə görə, bu sözləri keçmiş deputat Samvel Nikoyan Ermənistan parlamentinin iclasında bir neçə gün öncə baş verən dava ilə bağlı danışarkən bildirib.
İqtidarın sülhlə bağlı təsəvvürlərini tənqid edən və Zəngəzurda baş vermiş hadisəni “təhlükə” olaraq görən Samvel Nikoyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib:
“Əgər İlham Əliyev barmağını tərpətsə, onu buradan təmtəraqla Azərbaycana göndərəcəklər və hələ üstəlik, bunu humanizm də adlandıracaqlar”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda doqquzuncu çağırış Milli Məclisin ikinci sessiyasında deputatlar arasında dava düşüb. “Güclü Ermənistan” fraksiyası Şəkidəki insidentin və ordudakı ölümlərin araşdırılması üçün istintaq komissiyasının yaradılmasını təklif edib.
Müzakirə deputatlar arasında qarşılıqlı ittihamlarla müşayiət olunub. Dava səbəbindən iclas bir neçə dəfə dayandırılıb və hətta zala təhlükəsizlik xidmətinin əməkdaşları da daxil olublar.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır...
Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab – Foto
Bir neçə gündür həkimlər icbari tibbi sığorta tərəfindən müayinə və əməliyyatlara görə verilən ödənişlərin az olması ilə əlaqədar narazılıq ediblər....
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Cenubtv-Az Oxu.Az-a istinadən ...
Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi – Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb...
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – Açıqlama
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri...
Average Rating